Dəyişməyən erməni xisləti: “Onlar Laçın meşələrinə od vurmaqla….”- Politoloqdan AÇIQLAMAbackend

Dəyişməyən erməni xisləti: “Onlar Laçın meşələrinə od vurmaqla….”- Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin dəyişməyən xisləti bizə məlumdur. Bu xalq əksər hallarda özünü dağıdıcı qüvvə kimi nümayiş etdirir. Halbuki Ermənistan hər zaman bütün dünyaya car çəkir ki, guya onların böyük keçmişi olub və tarixdə möhtəşəm izlər qoyub. İndi isə dünya bu “möhtəşəm izləri” onların  hal-hazırkı vəhşilikləri ilə izləyirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Azərbaycan torpaqlarını 30 illik işğaldan sonra yerlə-yeksan olunmuş şəkildə  Ermənistandan geri aldı:

“Erməni xalqı bu vəhşilikdən sonra hansı mənəvi haqla deyə bilər ki, onlar qurucudurlar? Ermənilər 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdikdə qəfildən kəndlərdə yaşayış məntəqələrimizə hücum çəkərək  insanları silah gücü ilə evlərindən çıxarırdılar. Ancaq indi Azərbaycan heç bir silah gücü, hədə-qorxu olmadan ermənilərə ərazilərimizi tərk etmək üçün vaxt verib. Vəhşi erməni xalqı isə ərazilərimizi tərk etməyə az qalmış təbiəti məhv, evləri yandırır. Ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər vandalığın əksidir. Həmin görüntülərde evi yandırarkən  bir erməni benzini evə tökərək deyir ki, mən gedirəm ancaq bu ev məndən sonra məhv olmalıdır. Ermənilər yaşadıqları yerləri yandırmaqla bir növ  ərazilərimizi dezinfeksiya edirlər. Onların daxili aləmi, mikrob tipli xisləti bizə lazım deyil”.

T. Abbasovun sözlərinə görə, Ermənistan  dinc yolla problemi həll etməyə meyilli deyilsə, bu onun öz ağılsızlığıdır:

” Ermənilər yalan, hiylə işlətməklə beynəlxalq qüvvələrdə bizim haqqımızda  elə bir təəssürat oyatmışdılar ki, guya  dünyada ən vəhşi xalq azərbaycanlılardır. Halbuki indi onlar təbiəti məhv etməklə, yandırmaqla bütün dünyaya kimin vandal olduğunu nümayiş etdirirlər.  Ermənilərin bacardığı tək şey qarətçilik, uydurmaçılıqdır. Ancaq artıq bizim olan hər bir şey bizə qayıdır. Qarabağda hansısa erməni qalmaq istəyirsə, o özünü ” adam kimi aparmağı” bacarmalı,  əhilləşməlidir. Prezident İlham Əliyev ötən həftə İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı verdiyi açıqlamalarda da bir sıra mesajlar çatdırdı. Ölkə başçısı bildirdi ki, bizim qarşımızda heç bir güc tab gətirə bilməyəcək. Bizi heç kəs zorla vadar edə bilməyəcək ki, öz məramımızdan, istəklərimizdən geri dönək. Çünki bizim istəklərimiz sağlamdır, məqsədimiz yalnız sülhün, sabitliyin bərqərar olmasına xidmət edir. Əgər Ermənistan bunu dərk edə bilmirsə, bu, onun problemidir. Əgər bu gün dünyada ermənilərə lobbiçilik edən qüvvələr baş verənləri görüb susurlarsa, onların da bəlası yaxın zamanda veriləcək. Ermənilər vəhşiliyi, azərbaycanlılar isə insanlıqları ilə hər zaman bütün dünyada seçilib”.

//Gülnarə Abasova, Editor.az