DİM abituriyentlərə müraciət edibbackend

DİM abituriyentlərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda və imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulunda və imtahanlarda iştirak edəcək abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib:

“2022-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün öz sənədlərini yeniləməlidirlər” – müraciətdə deyilib.