Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayırbackend

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

Qeyd edək ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər.

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür.

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.