Dünyanın ən “çirkli adamı” öldübackend

Dünyanın ən “çirkli adamı” öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın ən çirkli adamı” kimi Ginnesin Rekordlar Kitabına düşən iranlı Amu Hacı vəfat edib. Kişi həyatının son 63 ilini çimmədən keçirib.

Editor.az bildirir ki, xəbəri İRNA agentliyi yayıb. Həmin şəxsin 94 yaşında olduğu və həyatının çox hissəsini yaşadığı Deygə kəndində dünyasını dəyişdiyi bildirilir. Kişi yuyunmağın sağlamlığa zərərli olduğuna görə onu dayandırmağa qərar verib. Bundan sonra o, dərhal xəstələnəcəyini güman edərək, əllərini belə yumaqdan çəkinib.

O, heç bir su prosedurları aparmır, dırnaqlarını və saçlarını kəsmirdi. Amu Hacının saqqalı çox uzananda odun köməyi ilə ondan xilas olur, uzun dırnaqlarını isə daşa sürtməklə azaldırdı. 2013-cü ildə yuyunmağı dayandıran bu adam haqqında qısametrajlı sənədli film çəkilib. Amu Hacı heç vaxt evlənməyib və əmin edib ki, bu, onun özünü tam xoşbəxt hiss etməsinə mane olan yeganə hal olub.

  //Samir,Editor.az