Ərdoğan danışdı, Putin “Milad atəşkəsi” elan etdibackend

Ərdoğan danışdı, Putin “Milad atəşkəsi” elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Ukraynanın “Golos Today” Teleqram kanalına istinadən xəbər verir ki,    bu barədə “Hürriyet” yazıb. Nəşrin yazdığına görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefonda danışıblar.

Mövzulardan biri də Rusiya Federasiyası ilə Ukrayna arasında sülh məsələsində Ankaranın vasitəçiliyi olub. “Görüş zamanı Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün bərqərar olunmasına yardım etmək və vasitəçilik etmək vəzifəsini öz üzərinə götürməyə hazırdır”, – nəşr bildirir.

Maraqlıdır ki, danışıqlardan dərhal sonra Rusiya lideri Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Milad bayramı üçün atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib və Ukraynanı da bu addıma dəvət edib: “Pravoslavlığa sitayiş edən çoxlu sayda insan döyüş bölgələrində yaşayır. Biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də Milad bayramında ibadətlərdə iştirak etmək imkanı verməyə çağırırıq”, – Putin bildirib.

Xatırladaq ki, bu gün Patriarx Kirill Rusiya və Ukraynanı atəşi dayandırmağa və Milad atəşkəsi yaratmağa çağırıb. Patriarxın çağırışına Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak cavab verib. O vurğulayıb ki, Patriarx Kirillin “Milad atəşkəsi” ilə bağlı bəyanatı “hiyləgər tələ və təbliğat elementidir”.

//Samir Qurbanov,Editor.az