Ərdoğanın göstərişi ilə inşa edilən körpü 40 illik nəqliyyat ehtiyacını qarşılayacaq – FOTObackend

Ərdoğanın göstərişi ilə inşa edilən körpü 40 illik nəqliyyat ehtiyacını qarşılayacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə inşa edilən 15 İyul Şəhidləri körpüsü aprelin 28-də açılacaq.

Körpü Adananın 40 illik nəqliyyat ehtiyacını qarşılayacaq. Şəhərin şərqi ilə qərbini birləşdirəcək körpünün uzunluğu 800, eni 39 metrdir.

Onun üzərindən hər gün 100 min avtomobil keçə biləcək.

15 İyul Şəhidləri körpüsü ildə orta hesabla 1 milyon xəstə qəbul edən Adana Şəhər Xəstəxanasına getmək üçün böyük rahatlıq yaradacaq. Bundan əlavə, Çukurova Universitetinə, stadiona, məhkəmə binasına və regional inzibati məhkəməyə girişi xeyli asanlaşdıracaq.

Mənbə: Sabah