Erməni mediası təlaş içərisində: Nəzarət-buraxılış məntəqələri yaradılıb?-AÇIQLAMAbackend

Erməni mediası təlaş içərisində: Nəzarət-buraxılış məntəqələri yaradılıb?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin bitməsindən son 2 il müddətində Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə erməni silahlı birləşmələrinin, həmçinin Ermənistan Ordusunun bölmələri yerləşir. Orada təchizat işlərinin həyata keçirilməsi işi də dayanmadan icra olunur. Son 4-5 ay ərzində Azərbaycan bu məsələlərlə bağlı bir neçə dəfə iradını bildirib. Mart ayının 5-də isə bu istiqamətdə müəyyən addımlar atılmışdı. Yəni artıq “bıçaq sümüyə dirənmişdi”. Ölkəmiz erməni separatçılarının silahlanması prosesinin qarşısını almaq məcburiyyətində idi”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Ramil Məmmədli ordumuzun Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsindən sonra erməni mediasında Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı yer alan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan erməni separatçılarının silahlanması və hər hansı təxribatın baş verməsinin qarşısını almaq üçün növbəti əməliyyatı Zabux kəndi istiqamətində həyata keçirib:

“Laçın dəhlizi vaxtilə Laçın şəhərindən keçirdi. Amma müharibədən sonra burada problemlər yarandı. Belə ki, ermənilərin həmin yoldan istifadə etməsi müəyyən çətinliklər yarada bilərdi. Ona görə də Laçın şəhəri nəzarətə keçməmişdən əvvəl alternativ, yeni Laçın yolu çəkildi. Bu yol əvvəlkindən fərqli olaraq Zabux kəndi istiqamətindən keçir. Daha əvvəl də qeyd etmişdim ki, ölkəmiz Azərbaycan-Ermənistan dövlət sərhəddi istiqamətində mövqelərini möhkəmləndirməlidir. Yəni sərhəd-keçid məntəqəsi, post-patrul sistemi formalaşdırılmalıdır. Bu atılan addım ermənilərin silahlanmasının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra da postların qurulması prosesi həyata keçiriləcək. Bütün köməkçi və əsas yollar nəzarət altında olduqdan sonra Qarabağda təxribatların baş verməsinin qarşısını almaq mümkün olacaq”.

//Safura Bənnayeva, Editor.az