Ermənistan bunu deməklə özünü sığortalayır: “Tezliklə Azərbaycanın 4 kəndi geri veriləcək”- ŞƏRHbackend

Ermənistan bunu deməklə özünü sığortalayır: “Tezliklə Azərbaycanın 4 kəndi geri veriləcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin verdiyi açıqlamanın daxili auditoriya üçün olduğu açıq şəkildə görünür. Ermənistan hakimiyyəti Azərbaycanın 4 kəndinin geri qaytarılmasının mütləq olduğunu başa düşüb və bu istiqamətdə addımlar atacağı mesajları verir. Amma verilən bu açıqlama hakimiyyətin əleyhinə fəaliyyət kimi görünsə də situativ xarakter daşıyıb”.

Bu barədə Editor.az-a açıqlamasında politoloq Azər Qasımov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan parlamentdə jurnalistin Tavuş vilayətindəki 4 kəndin (Qazaxın işğal altındakı anklav olmayan kəndləri – red.) qaytarılması ilə bağlı sualına cavab verərkən əraziləri təhvil verməyəcəkləri barədə fikirlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Qərargah rəisi bu açıqlamanı qəzəbli kütlənin qarşısında verib:

“Əslində o, müharibə ola biləcəyinə işarə etməklə həmin kütlənin gözünü qorxutmaq istəyib, eyni zamanda, verdiyi yalan bəyanatında “Mən silahlı qüvvələrə rəhbərlik edirəm, silahlı qüvvələr də onlara verilən tapşırıqları yerinə yetirir” deməklə, özünü sığortalayıb. Sabah kəndləri geri verəndə deyə biləcək ki, biz əmri yerinə yetirmişik. Güc strukturunun rəhbərləri təbii olaraq təslimçi ruhda çıxış edə bilməz, ancaq siyasi iradəyə tabe olduqları da birmənalıdır. Hesab edirəm ki, tezliklə Azərbaycanın hələlik 4 kəndi
geri veriləcək. Bu, Paşinyanın dediyi kimi “verməsək, həftə sonu müharibə başlayacaq” fikrindən aydındır”.

//Gülnarə Abasova, Editor.az