Ermənistan müharibə vaxtı “Artsax”ın müstəqilliyini niyə tanımadı? – İlk dəfə səbəblər AÇIQLANDIbackend

Ermənistan müharibə vaxtı “Artsax”ın müstəqilliyini niyə tanımadı? – İlk dəfə səbəblər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan 27 sentyabr 2020 -ci ildən sonra “Artsax”ın müstəqilliyini niyə tanımadı?.

Editor.az xəbər verir ki, erməni politoloq Benyamin Poqosyan iki versiya irəli sürüb:

“Ermənistan hökuməti düşünürdü ki,müharibə gedən bir vaxtda “Artsax”ın müstəqilliyini tanısa, o zaman Azərbaycan bunu təcavüz aktı kimi anlayacaq və artıq müharibəni Ermənistan ərazisində aparacaq. Üstəlik İrəvan da daxil olmaqla digər böyük şəhərləri bombalayacaq. İkinci versiya isə odur ki, Rusiya Azərbaycanla razılaşmanı qorumaq üçün Ermənistana təzyiq göstərdi ki, “Artsax”ın müstəqilliyini tanımasın. Əks halda rəsmi Bakı heç vaxt rus sülhməramlılarının iştirakına razı olmazdı”.

Poqosyanın fikrincə indi vəziyyət daha da gərgindir. Çünki  hazırda danışıqlar prosesi yoxdur. Azərbaycan “Artsax”ın hər hansı bir statusu haqqında danışmaqdan, Ermənistan isə hələ də  qondarma rejimin müstəqilliyini tanımamaqdan imtina edir. “Artsax”ın Ermənistan üçün nə demək olduğu qeyri -müəyyəndir – ekspert fikirlərini tamamlayıb./Konkret.az

Loading...