Gənclər və İdman nazirliyində QHT-lərin vəsaitini kimlər mənimsəmək istəyir?backend

Gənclər və İdman nazirliyində QHT-lərin vəsaitini kimlər mənimsəmək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclər və İdman nazirliyinin açıqladığı son qrant müsabiqəsi ilə bağlı narazılıqlar bitmək bilmir. Elan edilməsi, nəticələrinin açıqlanması və qalib təşkilatlara vəsaitlərin ödənilməsi prosesinin ümumilikdə iki il çəkdiyi qrant müsabiqəsi ilə bağlı etirazlar davam edir”.

Bu barədə Editor.az-a Gənclər və İdman nazirliyinin elan etdiyi qalmaqallı qrant müsabiqəsinin qalibi olan QHT-lərdən birinin nümayəndəsi bildirilib. Onun sözlərinə görə, bir ildən artıq müddət ərzində layihələrini müvafiq qaydada icra edən və hesabatlarını təqdim edən gənclər təşkilatlarına çatacaq 30 faizlik məbləğ müxtəlif bəhanələrlə ödənilməyib: “Sonradan nazirliyin rəhbər şəxsləri ilə keçirilən görüşdən sonra 2023-cü il sonları QHT-lərin bir qisminə həmin vəsaitlər ödənilib. Ancaq nazirliyinin gənclər təşkilatlarına olan az qala düşmənçilik həddində münasibəti davam edir. Təmsil etdiyim QHT-yə ödənilməli olan vəsaitin 30 faizlik hissəsi 2024-cü ilin üçüncü ayı olmasına baxmayaraq, köçürülmür. Baxmayaraq ki, nazirliyin Aparat rəhbəri Amil Xudiyevin rəhbərliyi ilə keçirilən görüşdə bizim icra etdiyimiz layihədə hər hansı problemin olmadığı rəsmi şəkildə bildirilmişdi. İndi isə nazirlik yenə Maliyyə nazirliyini, Hesablama Palatasını hədəf göstərməklə eyni ssenarini təsdiqləyir. Anlamaqda çətinlik çəkirik, gənclər təşkilatlarına çatacaq başıb bəlalı kiçik məbləğdə vəsaiti kim mənimsəmək istəyir: Gənclər və İdman nazirliyi, yoxsa hədəf göstərdiyi digər dövlət qurumları?!. Çünki nazirliyin bu davranışlarına başqa ad vermək mümkün deyil. Ölkədə qrant müsabiqəsi keçirilən çox sayda dövlət qurumu var. Heç bir donorda belə qeyri-professionallıq və gənclər təşkilatlarına hörmətsizlik görmək mümkün deyil”.

//Editor.az