Göyçayda ağır qəza: 3 nəfər yaralanıbbackend

Göyçayda ağır qəza: 3 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az avtosfer.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

“BMW” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Çərəcə kənd sakinləri, 1992-ci il təvəllüdlü Abdullazadə Ülvi Əhməd oğlu, 1992-ci il təvəllüdlü Baxışov Əlikram Çingizxan oğlu və Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Yusifzadə Şahmar Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

PaylaşFacebookVKOdnoklassnikiTwitterEmail