Gürcüstan parlament nümayəndə heyəti Rusiya işğalının ildönümündə Kiyevə getməkdən imtina edibbackend

Gürcüstan parlament nümayəndə heyəti Rusiya işğalının ildönümündə Kiyevə getməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin nümayəndə heyəti Rusiya işğalının ildönümündə – fevralın 24-də Kiyevə səfər etməkdən imtina edib.

Editor.az bildirir ki, bu barədə “Exo Kavkaza” xəbər yayıb və “Gürcü arzusu” partiyasının üzvü İrakli Zarkua təsdiqləyib.

Onun sözlərinə görə, “Ukraynanın yüksək rütbəli məmurları dövlətimizi ikinci cəbhə açmağa çağıranda, bir çox ciddi ittihamlarla həbsdə olan Saakaşvilini siyasi məhbus adlandıranda, hesab edirəm ki, bu, diplomatik münasibətlərə yer qoymur.

Bəli, biz imtina etsək də, fevralın 24-də Ukraynaya dəvət olunmuşuq”, – deyə Zarkua “İnterpressnews”a istinadən bildirib. O, əlavə edib ki, Gürcüstan hakimiyyəti “Ukrayna xalqını dəstəkləyir” və “bütün səviyyələrdə hər şeyi edir”, bir çox güclü dövlətlər, o cümlədən Avropa ölkələri “Gürcüstanın Rusiyaya qarşı etdiyini etməyə cəsarət etmirdilər”.

Bundan əvvəl Gürcüstan parlamentinin nümayəndə heyətinin fevralın 24-də Kiyevə səfərdən imtina etməsi faktını müxalifətçi, “Strategiya Aqmaşenebeli” partiyasının lideri Georgi Vaşadze də bildirmişdi.

Xatırladaq ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Rusiyaya qarşı birbaşa sanksiyaların tətbiqi və rusların ölkəyə girişinə məhdudiyyətlərin Gürcüstan iqtisadiyyatına ciddi ziyan vuracağını bildirərərk, müxalifətin belə addıma çağırışlarını tənqid etmişdi.

//Samir Qurbanov,Editor.az