İndi proqnoz vermək daha ÇƏTİNDİR: Seçki ərəfəsində Türkiyədə nələr baş verir?backend

İndi proqnoz vermək daha ÇƏTİNDİR: Seçki ərəfəsində Türkiyədə nələr baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə tarixi boyu yaşamadığı bir seçki prosesinə qədəm qoyur. Əvvəllər keçirilən seçkilərin nə ilə nəticələyini proqnozlaşdırmaqda heç bir çətinlik olmurdu və verilən proqnozlar kiçik fərqlərlə özünü doğruldurdu”.

Bu fikirləri Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov  Editor.az-a Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinin nəticələri barədə şərhində deyib.

Politoloq bütün dünyanın diqqətini özünə cəlb edən zəlzələnin seçki prosesini bir qədər çətinləşdirdiyi qənaətindədir:

“Yəni dağıntılar altında qalan, evləri dağılan insanların qayğıları ilə məşğul olma seçki ilə ciddi şəkildə məşğul olmağa yer buraxmır. Amma istənilən halda iqtidarda olam AK Parti və Rəcəb Tayyib Ərdoğan seçkiləri təxirə salmağa qalxmadı. Bu özü elə Ərdoğanın öz qələbəsinə inamının təcəssümü idi. Seçkilərdə zəif nəticə əldə etmək kimi bir gözlənti olsaydı, düşünürəm ki, AK Parti onun təxirə salınması üçün yetərincə əsaslara malik idi. Amma bir çoxlarının gözləntiləri doğrulmadı və Rəcəb Tayyib Ərdoğan iki cəbhədə mübarizə aparmağı üstün tutdu. Həm Seçki kompaniyasına start verilib, həm də zəlzələnin vurduğu nəticələrin aradan qaldırılması öhdəliyi yerinə yetirilir. Düşünürəm ki, Türkiyədə hakimiyyətdə olan qüvvə bu vəzifələrin hər ikisinin öhdəsindən uğurla gələcək. Seçkilərdə iştirak edən qüvvələrin nisbəti bunu deməyə əsas verir. Görünən budur ki, orada AK Parti ilə müqayisə olunacaq siyasi qüvvə və Rəcəb Tayyib Ərdoğana bərabər siyasi lider yoxdur. Seçkinin taleyini də bu iki qüvvə həll edir. Məhz buna görə də düşünürəm ki, Türkiyədə yaşayan insanlar yenə də qeyd etdiyim bu iki qüvvənin AK Parti və Ərdoğanın ətrafında birləşərək onları qələbəyə götürəcək”.

//Gülnarə Abasova, Editor.az