İntihar edən məmurun atası: “Bazarlığa gedib, kəndir alıb və özünü asıb”backend

İntihar edən məmurun atası: “Bazarlığa gedib, kəndir alıb və özünü asıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev ”Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini söyləyib:

“Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı”, – deyə o bildirib.

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.