İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib – FOTObackend

İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Editor.az -ın məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, – Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.