İrəvanın təklif etdiyi Moskva görüşünə Azərbaycan qatılacaq?-AÇIQLAMAbackend

İrəvanın təklif etdiyi Moskva görüşünə Azərbaycan qatılacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında bəyan edib ki, İrəvan Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsinə hazırdır.

Maraqlıdır ki, bu səviyyədə görüşlər hər dəfə Ermənistanın hansısa addımı səbəbi ilə ya baş tutmur, ya da görüşlər çərçivəsində qəbul edilən qərarlar yerinə yetirilmir.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elşad Musayev bildirib ki, hər hansı bir dövlətin siyasətini öyrənmək üçün ilk növbədə nə istədiyini bilmək lazımdır:

“Ermənistan baş naziri Nikol Paşinyan və onun höküməti vaxt qazanmaqda maraqlıdır. Bununla da siyasi rəqiblərini sıradan çıxarmaq və ən azından növbəti seçkilərə qədər hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar. Keçən il üçün də qeyd etmişdim ki, sülh müqaviləsi imzalanmayacaq, çünki  Paşinyan buna hazır deyil. Bu kimi görüşlər nə qədər keçirilsə də dəyişən heçnə olmayacaq. Yenə də müəyyən öhdəliklər götürülə bilər. Amma nəticəsiz qalacaq. Bu vaxt udmaq məqsədləri Azərbaycanın növbəti dəfə antiterror əməliyyatı keçirərək erməniləri yerinə oturdana qədər davam edəcək”.

Azərbaycanın nəticəsiz qalacağını bildiyi halda Ermənistanın görüş təklifini qəbul etməsinin səbəbini izah edən politoloq qeyd edib ki, Avropa İttifaqına daxil olan 26 ölkə heç vaxt ədalətli mövqedə dayanmayıb:

” Nə vaxt Ermənistanın işğalçı ölkə olduğunu dedilər? Heç vaxt. Verilən 4 qətnamə də yerinə yetirilmədi. Amma ölkəmiz bunu etdi. Bu gün bizim üstümüzdə təzyiq var. Fransa başda olmaqla, Avropa İttifaqına daxil olan ölkələr, Rusiya, İran, ABŞ tərəfindən bu təzyiqlər davam etməkdədir. Ona görə də Azərbaycan bu güclərə göstərməyə çalışır ki, 30 il danışıqlar müddətində heçnə əldə olunmadı. İndi İrəvanın təklifinə əsasən də görüşlər baş tutur və rəsmi Bakı hər dəfəsində mövqeyini açıq şəkildə ortaya qoyur. Biz bununla da Ermənistanı dalana dirəyirik. Əvvəl Qarabağ şübhəli ərazi kimi göstərilirdi və Azərbaycana deyilirdi ki, güzəştə getsin. Amma indi ritorika nisbətən dəyişib. Ərazi bütövlüyü gündəmə gəlir, Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələləri müzakirəyə çıxarılır”.

//Safura Bənnayeva, Editor.az