İspaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyibbackend

İspaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini yekdilliklə təsdiqləyib. Editor.az xarici mediaya istinadla xəbər verir ki, yalnız parlamentdəki səsvermədə sol koalisiya hökumətindəki 3 partiyadan 2-si Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verməyib.

Parlamentdə keçirilən səsvermədə 290 “hə”, 47 “bitərəf” və 11 “xeyr” səsi verilib. NATO ilə bağlı səsvermədə hökumətin parçalanması müxalifət partiyaları tərəfindən İspaniyanın imicinə xələl gətirdiyi üçün tənqid edilib.

Qeyd edək ki, dünən Yunanıstan parlamenti də İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az