Keçmiş məhkum 12 kiloqram narkotiklə ələ keçdi – FOTObackend

Keçmiş məhkum 12 kiloqram narkotiklə ələ keçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən rayon sakini, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.

Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Baba” adlı iranlı narkotacir tərəfindən kuryerliyə cəlb olunduğu müəyyən edilib.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.