Konkisürənlər də Ukraynaya qarşı savaşacaqbackend

Konkisürənlər də Ukraynaya qarşı savaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qismən səfərbərlik çərçivəsində iki rusiyalı konkisürən də orduya çağırılıb.

Belə ki, əvvəllər Rusiya milli komandasının tərkibində çıxış etmiş fiqurlu konkisürənlər – Dmitri Əliyev və Makar İqnatov çağırış vərəqəsi alıblar. Halbuki hər iki idmançı hərbi xidmət keçməyib və hərbi ixtisasları yoxdur. Onlar Sankt-Peterburqda yaşayırlar.

Editor.az xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb. Həmin məlumata görə, Rusiya Fiqurlu Konkisürmə Federasiyası artıq İdman Nazirliyi ilə əlaqə saxlayaraq bu idmançılar üçün möhlət istəyib.

Qeyd edək ki, Dmitri Əliyev fiqurlu konkisürmə üzrə Avropa və Rusiya çempionu (2020), Avropa çempionatının gümüş və Rusiya çempionatının bürünc mükafatçısıdır (2018). Makar İqnatov isə Rusiya kubokunun finalının qalibi (2020), Rusiya çempionatının gümüş mükafatçısı (2021), “Nebelhorn Trophy” beynəlxalq seriya mərhələsinin qalibidir (2019).

O, idman mühitində bir proqramda dördlü tullanma hərəkəti icra edən ilk rus fiqurlu konkisürən kimi geniş tanınır.

Bundan əvvəl isə Rusiya futbol komandasının və Kazan “Rubin”inin 37 yaşlı sabiq futbolçusu Diniyar Bilyaletdinov da çağırış vərəqəsi alıb.

  //Samir,Editor.az