Koronavirus üçün 3 ssenari: Pandemiyanın sonu yaxınlaşır?- ÜST direktoru tarixi AÇIQLADIbackend

Koronavirus üçün 3 ssenari: Pandemiyanın sonu yaxınlaşır?- ÜST direktoru tarixi AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “COVİD-19″un bu il bitə biləcəyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST direktoru 2022-ci ildə “COVID-19” a son Vermək üçün “Strateji Hazırlıq və Mübarizə Planı”nın dünyada tətbiq oluna biləcəyini vurğulayıb.

Virusun təkamülü dair 3 ssenarinin olduğunu bildirən Qebreyesus  ən yaxşı halda bundan sonra virusun gücləndirici peyvəndlərə ehtiyac olmayacaq qədər az variantının yayılacağını bildirdi:

” İkinci ssenaridə isə virusun davam etdiyini görə bilərik, lakin belə olduqda peyvəndlər sayəsində ağır xəstəliklərin nisbəti azalacaq. Ən pis halda isə biz virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işə yaramadığını görə bilərik”.

Eyni zamanda, ÜST direktoru 2022-ci ilin ortalarına qədər hər bir ölkə əhalisinin 70 faizinin peyvənd olunmasının vacibliyini də diqqətə çəkib.

//Gülnarə Abasova, Editor.az