Kreml: “Abramoviç Rusiya-Ukrayna danışıqlarında iştirak etsə də nümayəndə heyətimizin rəsmi üzvü deyil”backend

Kreml: “Abramoviç Rusiya-Ukrayna danışıqlarında iştirak etsə də nümayəndə heyətimizin rəsmi üzvü deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyalı iş adamı Roman Abramoviçin hər iki tərəfin razılığı ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirak edir, lakin o, Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil”.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Peskov deyib.

Rəsmi üzv olmasa da Abramoviçin  Rusiya tərəfdən İstanbulda olduğunu deyən Peskov onun danışıqlarda iştirakının hər iki ölkə tərəfindən bəyənildiyini qeyd edib.

Onu da qeyd edək ki, Kremlin sözçüsü Abramoviçin Rusiya-Ukrayna danışıqlarının birinci mərhələsində zəhərlənməsi ilə bağlı xəbərləri təkzib edib. Peskov həqiqətə uyğun olmadığını dediyi xəbərin “Rusiyaya qarşı informasiya müharibəsinin bir hissəsi” olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az