Kremlin sözçüsü Peskov: “Ödəniş yoxdursa, qaz da yoxdur”backend

Kremlin sözçüsü Peskov: “Ödəniş yoxdursa, qaz da yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ rublla ödənişdən imtina edərsə, Rusiya qazı pulsuz vermək niyyətində deyil”.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz xeyriyyə işləri görməyəcəyik, Qərbi Avropaya pulsuz qaz göndərməyəcəyik.  Ödəniş olmasa qaz da yoxdur”, – deyə Kreml sözçüsü PBS-ə bildirib.

Peskov onu da əlavə edib ki, rublla ödənişlərin rədd edilməsi halda necə davranılacağı ilə bağlı yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Rusiya Mərkəzi Bankına, “Qazprom”a və hökumətə düşmən ölkələrlə qaz ödənişlərində rubldan istifadəyə keçidi təşkil etməyi tapşırıb.

//Gülnarə Abasova, Editor.az