Dünən gecə Krım körpüsündə nəqliyyatın bağlanması zamanı buradakı işğal rejiminin rəhbərliyi – “baş nazir” Sergey Aksyonov və “spiker” Vladimir Konstantinovu Krımı tərk edib.
Editor.az xəbər verir ki, bu barədə kəşfiyyat mənbələrinə istinadən “Kanal 24” məlumat yayıb. Ukrayna xüsusi xidmət orqanları hələlik Aksyonov və Konstantinovun harada olduğunu bilmirlər. İddialara görə, onlar Moskva kuratorunun həyat üçün təhlükə barədə məlumat verdiyi zəngindən sonra buradan ayrılıblar. Deyilənə görə, bu zaman onlar arvadlarını, uşaqlarını və hətta məşuqələrini mühafizə olunan avtomobillərə mindirərək yarımadadan aparıblar. “Baş nazir”in tabeliyində olan işçilər bütün gecəni sənədləri dağıdıblar.
Hazırda “siyasətçilərin” ailələri Rostovdadırlar və orada otellərdən birində məskunlaşıblar. Burada onlar yerli restoranlarda qorxunu aktiv şəkildə yox edir, qurtuluşlarını qeyd edirlər. Yarımadana qayıtmaqdan söhbət gedə bilməz”, – mesajda deyilir. Qeyd edək ki, bir gün əvvəl ruslar Ukraynadan guya “hücum” təhlükəsi olacağını əsas gətirərək, səhərə kimi Krım körpüsünü bağlayıblar.İşğal administrasiyasının rəhbərləri isə yarımadanı tərk ediblər.
//Samir,Editor.az