Mariupolda avtomobil partladı, rus hərbi məmur öldübackend

Mariupolda avtomobil partladı, rus hərbi məmur öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Mariupol şəhərində rus işğalçılarının olduğu avtomobil partladılıb. Maşını idarə edən hərbçi “məmur” ölüb.

Editor.az bildirir ki, bu barədə Telegram-da Mariupol müqavimətinin və Mariupol merinin müşaviri Petr Andryuşenko yazıb. Hadisə noyabrın 24-də baş verib. Yenidən rənglənmiş ağ VAZ markalı avtomobil Qromov-63 küçəsində partladılıb. Sükan arxasında Mariupola yeni gəlmiş rus zabiti – hərbi “məmur” ölüb.

Avtomobildə olan daha iki rusiyalı isə yaralanıb. Yüksək dərəcəli yanıq xəsarətləri alan bir yaralılar Donetsk xəstəxanasına göndərilib. Onlardan birinin qolu sınıb və kəllə-beyin travması, digəri isə ağır yanıq xəsarətləri alıb.

  //Samir Qurbanov, Editor.az