Meral Akşener dünən “6-lı masa”nı tərk etdi, bu gün qayıtdı: Türkiyə qaynayırbackend

Meral Akşener dünən “6-lı masa”nı tərk etdi, bu gün qayıtdı: Türkiyə qaynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 partiyadan ibarət koalisiya xaos dolu siyasət günlərin Türkiyədə hələ hakimiyyətə gəlməzdən yaşatmağa başlayıb.

İYİ Partiyasının sədri Meral Akşenerin İBB sədri Əkrəm İmamoğlu və ABB prezidenti Mansur Yavaşı prezidentliyə namizədliyə təklif etməsindən sonra 6 partiyalı koalisiya bir-birinə qarışıb.

Türkiyə zəlzələnin yaralarını sarımağa çalışarkən, kreslo savaşlarına başlayan 6 partiyalı koalisiya Kamal Kılıçdaroğlunun namizədliyi və Meral Akşenerin masadan getməsi ilə dağıldı. Bundan sonra səhnə arxası hərəkət edən İmamoğlu və Yavaş bu gün İYİ Partiyasının qərargahında Akşeneri ziyarət ediblər.

10 dəqiqəlik görüşdən sonra açıqlama verən İYİ Partiya sözçüsü Kürşat Zorlu mətbuat mənsublarına İmamoğlu və Yavaşa Prezident köməkçiləri vəzifələrinin təklif edildiyini açıqlayıb. AK Partiya və MHP-lilər İYİ Partiya ilə CHP arasında vitse-prezident postları ilə bağlı danışıqlar dəyərləndiriblər.

  //Samir Qurbanov,Editor.az