“Mercedes”lə “Toyota” toqquşdubackend

“Mercedes”lə “Toyota” toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Toyota” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.