Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı paylaşım edib.
Nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Can Azərbaycanla bənzərsiz həmrəylik”, – deyə Çavuşoğlu qeyd edib.
Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdiyi bəzi fəaliyyətlər barədə məlumat verən Mövlud Çavuşoğlu qazanılan uğurlardan bəhs edib.
“Təşəbbüskar, humanist və səmərəli xarici siyasətimiz”, – deyə nazir vurğulayıb.