Müharibə əleyhinə şəkil çəkdi, “yetimlər evi”nə göndərildi-FOTObackend

Müharibə əleyhinə şəkil çəkdi, “yetimlər evi”nə göndərildi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-də Rusiya polisi Tula vilayətinin sakini Aleksey Moskalevi saxlayıb.

Saxlanmanın səbəbi onun qızının müharibə əleyhinə rəsm çəkməsi olub.

Editor.az bildirir ki, bu barədə “Spektr”ə Moskalevlər ailəsinə kömək edən könüllü Yelena Aqafonova məlumat verib. Qeyd edək ki, “Spektr” ilk dəfə fevralın 27-də Moskalevlər haqqında yazı dərc edib. Yazıda qeyd olunur ki, Moskalev qızı Maşa ilə birlikdə Tula vilayətinin Efremov şəhərində yaşayıb.

Kişi qızını tək böyüdür, çünki qızın anası ərindən ayrılaraq başqa şəhərə köçüb. 2022-ci ilin aprel ayında “Maşina” adlı vizual sənət dərsi zamanı müəllim şagirdlərdən Ukraynadakı rus qoşunlarına dəstək üçün rəsmlər çəkməyi xahiş edib. Qız Rusiya və Ukrayna bayraqlarını çəkib: birincisinə “Müharibəyə yox”, ikincisinə isə “Ukraynaya eşq olsun” sözlərini yazaraq, ortada uşaqlı bir qadına doğru uçan raketləri təsvir edib. Ailənin faciəsi də bununla başlayıb. Ata həbs olunub, qız isə yetimlər evinə göndərilib.

  //Samir Qurbanov, Editor.az