NATO baş katibi daha çox yardım istəyibbackend

NATO baş katibi daha çox yardım istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiyaya qarşı hücumu üçün Qərb ölkələrindən əlavə sursat tələbi ilə NATO ölkələrinin baş qərargah rəisləri Brüsseldəki qərargahda bir araya gəliblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Brüssel görüşündə daha çox müdafiə sərmayəsi və istehsalı tələb edib. Eyni zamanda, iyul ayında Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammiti öncəsi keçirilən görüşün xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

O, eyni zamanda Ukraynadakı müharibədən sonra ümumilikdə 40 min hərbi komandanlığın təşkil edildiyini və Vilnüsdə keçiriləcək Zirvə toplantısının prioritetlərini də sıralayıb. Müvafiq olaraq yeni regional müdafiə planları və investisiya öhdəliyi NATO ölkələrinin iyulda müzakirə edəcəyi prioritetlər sırasındadır.

//Safura Bənnayeva, Editor.az