Nensi Pelosi Ermənistana səfər edəcəkbackend

Nensi Pelosi Ermənistana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcək.

Bu barədə cümə axşamı Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Pelosinin İrəvanda baş nazir Nikol Paşinyan, eləcə də digər respublika rəsmiləri ilə görüşü gözlənilir.

Nəşrin məlumatına görə, Nümayəndələr Palatasının erməni əsilli üzvü Ceksi Spir də (demokrat, Kaliforniya ştatından) Pelosi ilə birlikdə səfərə yollanacaq.

Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Dryu Hammill deyib: “Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik”.

Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirib.

“Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək”, – o deyib.