Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun qardaşı Baş prokurorla görüşündən danışdı : “Məktub verdik”backend

Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun qardaşı Baş prokurorla görüşündən danışdı : “Məktub verdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən və istintaqı davam edən İlkin Süleymanovun qardaşı Adil Süleymanov Baş prokuror Kamran Əliyevin qəbulu ilə bağlı danışıb. Adil Süleymanov Editor.az-ın yerli bürosuna bildirib ki, Baş prokuror onları Ağstafa rayonunda Qazax,Tovuz və Ağstafa sakinlərini qəbul edərkən dinləyib.

“Baş prokuror cənab Kamran Əliyevlə görüşümüzlə bağlı müraciətimizə operativ cavab verilib. Bu görüşün özünü müsbət qiymətləndiririk, çox sağolsunlar. Əmim Süleyman Süleymanovla mən görüşdüm. Görüşdə Kamran Əliyevə yazdığımız bir çox məlumatlardan ibarət məktub verdik, həmçinin bəzi məlumatları Baş prokurorun özünə dedik. Kamran Əliyev sağolsun məsələ ilə bağlı elə bizim yanımızda bəzi tapşırıqlarını verdi. Həmçinin tapşırıq verdiki, əlimizdə olan məlumatları aidiatlı qurumlara təqdim edilsin’ – deyə A.Süleymanov bildirib.

Məlumat üçün qeyd edək ki, cinayətdə şübhəli bilinən İlkin Süleymanovun məhkəmə prosesi bir ilə yaxındır davam edir və İlkin Süleymanov cinayət məcəlləsinin llbir neçə maddəsi ilə ittiham olunur.

//İlham, Editor.az