“Nəticələri Avropa üçün pis olacaq”-Şolzbackend

“Nəticələri Avropa üçün pis olacaq”-Şolz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi (AB) Liderlər Zirvə Toplantısından sonra mətbuat konfransı təşkil edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zirvədə razılaşdırılan qərarlardan bəhs edən kansler bildirib ki, Avropa dünyada mövcud böhranlara vahid və güclü şəkildə reaksiya verir.

Olaf Şolz Sammitin əvvəlində Avropa Parlamentinin (AP) sədri Reborta Metsola ilə AP-dəki korrupsiya qalmaqalını müzakirə etdiklərini bildirib: “Bu qalmaqal demokratiya və parlamentarizmə olan inamı sarsıda biləcək çox ciddi bir məsələdir“. O, qeyd edib ki, Metsolanın korrupsiya ilə mübarizə üçün sammitdə qeyd etdiyi tədbirləri həyata keçirəcəyinə əmindir.

AB Liderlər Zirvə görüşündə Ukraynadakı müharibənin müzakirələrin mərkəzində olduğunu və Ukrayna prezidenti Volodimir Zelenskinin görüşdə onlayn iştirak etdiyini bildirən Şolz, “Zelenskiyə mesajımız dəyişməyib. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün dəstəyimizi əsirgəməyəcəyik”,-deyib.

//Safura Bənnayeva, Editor.az