Nigeriyada hər il təxminən 40 min uşağa xərçəng diaqnozu qoyulurbackend

Nigeriyada hər il təxminən 40 min uşağa xərçəng diaqnozu qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkəsi Nigeriyada hər il təxminən 40 min uşağa xərçəng diaqnozu qoyulur.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Xərçənglə Mübarizə Federasiyasının (MCF) təsisçisi və Beynəlxalq Xərçənglə Mübarizə Təşkilatının (UICC) nigeriyalı direktoru Dr. Zeynəb Şinkafi Baqudu bu barədə məlumat verib. Baqudu bildirib ki, ölkədə hər il minlərlə uşağa müxtəlif xərçəng növləri diaqnozu qoyulur. Ölkədə xərçəng xəstələrinin sayının artmasının narahatlıq doğurduğunu vurğulayan Baqudu uşaqlarda xərçəngə tutulma hallarının təxminən yüzdə 80inin ölümlə nəticələndiyini vurğulayıb. Baqudu Nigeriyada uşaqlıq xərçəngi ilə mübarizənin yolunun hökumət tərəfindən maarifləndirmə və bu sahədə daha çox həkim yetişdirməyin vacib olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az