Oleksiy Danilov: Bir çox ölkələr Rusiyanın şərtləri ilə Ukraynanı danışıqlar masası arxasına oturtmaq istəyirbackend

Oleksiy Danilov: Bir çox ölkələr Rusiyanın şərtləri ilə Ukraynanı danışıqlar masası arxasına oturtmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi bir çox ölkələr Rusiyanın şərtləri ilə Ukraynanı danışıqlar masası arxasına oturtmaq üçün vəziyyəti gərginləşdirməyə başlayıblar.

Editor.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov telemarafonun efirində deyib. O, qeyd edib ki, “İndi vəziyyət o dərəcədə gərgindir ki, Rusiyanın şərtləri ilə bizi mümkün qədər tez danışıqlar masasına oturtmaq istəyirlər.

Hazırda böyük bir kampaniya gedir. Bununla bağlı müxtəlif ölkələrdən çoxlu təkliflər var. Amma mən daha çox əminəm ki, əgər nəsə danışsaq və prezident belə bir qərar versə, bu, yalnız bizim ölkənin şərtləri ilə olacaq”. Danilov deyib ki, silahlılardan döyüş sursatının olmaması ilə bağlı gələn məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, rus diktatoru “500 ukraynalı uşağı öldürən əclafdır” və sivil insanlar bunu başa düşməlidirlər. “Bəziləri deyəndə ki, Putin terrorçu və müharibəni başlatan şəxs deyil, deməli, bu adam öz ağlı ilə danışmır”, – Danilov bildirib.

//Samir Qurbanov,Editor.az