Özbəkistanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan özbəklərə xəbərdarlıq etdibackend

Özbəkistanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan özbəklərə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Moskvadakı səfirliyi bu ölkədə yaşayan və ya işləyən vətəndaşlarına xəbərdarlıq edib ki, könüllülərdən ibarət batalyon yaratmaq və ya xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak etmək ölkə qanunlarına görə cinayətdir. Buna səbəb Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyada özbək batalyonunun yaradılması ilə bağlı efirə verilən televiziya reportajı olub.

Editor.az xəbər verir ki bu barədə Mərkəzi Asiya Xəbər Xidməti məlumat yayıb. Səfirliyin saytındakı mesajda başqa dövlətin ərazisində müharibədə iştirak edən hər kəsin istisnasız cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilir. “Səfirlik soydaşlarımızı təxribatlara uymamağa və qabaqcadan düşünməyə çağırır”, – mətndə deyilir. Xəbərdarlıq “Vetta” telekanalının Permdə yaşayan və Ukraynaya qarşı müharibədə iştirak etmək üçün “Əmir Temur” batalyonunu yaratmaq istəyən özbəklər haqqında süjeti yayımlamasından sonra dərc edilib. Videoçarxda belə bir təkliflə “Perm ərazisi özbəklərinin Mərkəzi Asiya Cəmiyyəti”nin rəhbəri Jahongir Cəlolov çıxış edib.

“Uşaqlarımız uşaq bağçalarına gedir, məktəblərdə və universitetlərdə oxuyurlar. Biz Rusiyada yaşayırıq və işləyirik. Biz nəinki məcburuq, həm də yediyimiz çörəyi doğrultmağa borcluyuq. Ona görə də könüllülərdən ibarət batalyon yaratmağı təklif edirəm”, – Calovov deyib. Onu alqışlarla dəstəkləyiblər. Qeyd edək ki, Rusiya regionlarında yerli hakimiyyət orqanları Ukraynadakı müharibədə iştirak etmək üçün nominal könüllü birləşmələr yaradır və bu, biləvasitə Kremlin təşəbbüsü ilə həyata keçirilir. Perm bölgəsi belə bir batalyonun yaradıldığı ilk bölgələrdən biridir və, o, “Parma” adlanırdı.

  Editor.az