Paşinyan Rusiyaya görə cəzalanmasını istəmirbackend

Paşinyan Rusiyaya görə cəzalanmasını istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan elə hərəkət etməyə çalışır ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmasın və bunu Moskvadan gizlətmir.

Editor.az bildirir ki, bunu Ermənistan baş naziri ikol Paşinyan deyib. O, Ermənistanın AAİB-nin üzvü kimi Rusiya ilə sıx əməkdaşlıq etdiyini, erməni iş adamlarının Rusiya layihələrində iştirak etdiyini və Rusiya Federasiyasında fəaliyyət göstərdiyini vurğulayıb.

Hökumət başçısı xatırladıb ki, əvvəllər mövcud olmuş logistika zəncirləri kəsilib və bir çox malarl vasitəçilər vasitəsilə Rusiyaya gedir. Ermənistan da belə vasitəçilərdən biri kimi çıxış edir. Lakin burada əməkdaşlıq müəyyən həddə qədər həyata keçirilir. “Sanksiyalar bizim qırmızı xəttimizdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: sizi incitmək istəmirik, amma özümüzə sanksiya tətbiq olunmasına da imkan verə bilmərik. Burada heç bir sirr yoxdur”.

  //Samir Qurbanov,Editor.az