Peskov: Qərbin Ukraynaya döyüş təyyarələri verməsi xüsusi hərbi əməliyyatların gedişinə təsir etməyəcəkbackend

Peskov: Qərbin Ukraynaya döyüş təyyarələri verməsi xüsusi hərbi əməliyyatların gedişinə təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya döyüş təyyarələri verməsinin xüsusi hərbi əməliyyatların gedişinə təsir etməyəcəyini vurğulayıb.

Editor.az Rusiya mediasına istinadla xəbər verir ki, Peskov bu barədə Gündəlik mətbuat konfransında Qərb ölkələrinin Kiyevə F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı açıqlamasında deyib.

“Aydındır ki, Ukraynaya müxtəlif daha təkmil silah sistemlərinin təqdim edilməsi barədə danışıqlar davam edir. Məlumdur ki, bu silahlara döyüş təyyarələrinin də daxil edilməsinə qərar verilib. Amma bütün digər silah növləri kimi döyüş təyyarələri də cəbhədəki vəziyyəti kökündən dəyişdirmək gücünə malik deyil”,- sözçü bildirib.

Peskov qeyd edib ki, Qərbin bu cür hərəkətlərinin yaratdığı risklər çox açıqdır.

//Gülnarə Abasova, Editor.az