Planetimizlə bağlı ŞOK ARAŞDIRMA: Yerin təkindən keçən seysmik dalğa… – FOTObackend

Planetimizlə bağlı ŞOK ARAŞDIRMA: Yerin təkindən keçən seysmik dalğa... – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerin daxili nüvəsinin “ürəyi”, yəni planetin mərkəzi yeni elmi hesablamalara görə, təxminən 650 kilometr radiusa malik olan bir dəmir kürədir.

Bu barədə Kanberradakı Avstraliya Milli Universitetinin Geologiya fakültəsinin tədqiqatçıları “Nature Communications” jurnalında müvafiq məqalə ilə çıxış ediblər.

Onlar öz hesablamalarını Yerin təkindən keçən seysmik dalğaların tədqiqi əsasında aparıblar.

Tədqiqat ilk dəfə olaraq müəyyən edib ki, bu dalğalar planetimizin bütün diametri boyunca beş dəfəyə qədər “əks-səda” verir.

Alimlərin fikrincə, dalğaların hərəkət sürəti, daxili nüvənin xarici təbəqəsindən ayrı, fərqli daxili sferanın mövcudluğundan xəbər verir.

Qeyd edilib ki, Yerin mərkəzinin öyrənilməsi Yerin yaranması və təkamülünü başa düşmək üçün həyati əhəmiyyət kəsb edir.

Daxili nüvənin içərisində ayrıca daxili nüvənin olması və ölçüsü uzun müddətdir bir fərziyyə olmaqla yanaşı, həm də elmi mübahisələrin mövzusu olub.

Publika.az