Polşa və Macarıstan Ukraynadan taxıl idxalını dayandırıbbackend

Polşa və Macarıstan Ukraynadan taxıl idxalını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və Macarıstan yerli məhsullarını qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını qadağan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Aİ Komissiyasının kənd təsərrüfatı və ticarətdən məsul sözçüsü Miriam Qarsia Ferrer birtərəfli addımların qəbuledilməz olduğunu açıqlayıb.

Rusiya-Ukrayna müharibəsinin başlaması və uzun müddət Qara dəniz limanlarından daşınmaların həyata keçirilə bilməməsi ilə Şərqi və Mərkəzi Avropa ölkələrinə əhəmiyyətli miqdarda Ukrayna taxıl, ərzaq məhsulları göndərilməyə başlanıb. Xüsusilə region ölkələrində yerli istehsalçılar bu vəziyyətdən şikayətlənirdilər.

Polşa və Macarıstandakı fermerlər uzun müddətdir ki, Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını istəyir, tez-tez bu məsələ ilə bağlı etiraz aksiyaları təşkil edirdilər. Qadağan olunmuş məhsulların siyahısına taxıl, şəkər, süd və süd məhsulları daxildir

//Safura Bənnayeva, Editor.az