Polşa və Macarıstandan sonra Slovakiya da Ukrayna taxılından imtina etdibackend

Polşa və Macarıstandan sonra Slovakiya da Ukrayna taxılından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti dayandırır. Bundan əvvəl oxşar qərarlar Macarıstan və Polşa tərəfindən verilib.

Editor.az bildirir ki, baş nazir vəzifəsinə müvəqqəti təyin olunmuş Eduard Heqer bildirib ki, bu məsələ ilə bağlı idarələrarası işçi qrupun iclası keçiriləcək: “Slovakiya müvəqqəti olaraq Ukraynadan taxıl və digər seçilmiş məhsulların idxalını dayandıracaq. Bu gün bu mövzuda işçi qrupu görüşəcək və nəticələr açıqlanacaq”, – Heqer yazıb.

Bu arada ölkənin Aqrar Siyasət Nazirliyi genişmiqyaslı müharibə şəraitində Ukrayna kənd təsərrüfatı məhsullarının Avropaya ixracı üçün həmrəylik dəhlizlərini qoruyaraq, Ukraynadan idxalı tənzimləmək imkanlarını tükəndiyi barədə xəbərdarlıq edib. Slovak fermerləri üçün kənd təsərrüfatı məhsullarının ucuz idxalı səbəbindən Ukrayna fermerləri ilə rəqabət aparmaq getdikcə çətinləşir. Bunun fonunda nazirlik hökumət səviyyəsində Ukraynadan malların idxalını tənzimləmək üçün daha sərt tədbirlər görməyə çağırıb.

  //Samir Qurbanov,Editor.az