Qarabağda Rusiya sülhməramlıları yerləşdirilə bilərmi?-Azərbaycan mövqeyini açıqlayıbbackend

Qarabağda Rusiya sülhməramlıları yerləşdirilə bilərmi?-Azərbaycan mövqeyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib.

Editor.az Day.Az-a istinadən xəbər verir ki, bu barədə özünün Twitter səhifəsində “Heritage Foundation” Beynəlxalq Siyasət mərkəzinin rəhbəri Lük Koffi yazıb.

Onun sözlərinə görə, belə bir təkliflə Moskva görüşü zamanı Ermənistan tərəfi çıxış edib. Bu zaman Rusiya təklifi dəstəkləyib. Lakin Azərbaycan ona razılıq verməyib. Azərbaycan tərəfi bildirib ki, ATƏT-in həmsədr ölkələrindən (Rusiya, ABŞ və Fransa) heç biri, heç vaxt Dağlıq Qarabağda sülhməramlı rolunda olmamalıdır.