Qazaxıstanlılar iyulun 1-dən 4 günlük iş həftəsinə keçirbackend

Qazaxıstanlılar iyulun 1-dən 4 günlük iş həftəsinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-dən qazaxıstanlılar həftənin dörd günü işləmək imkanı əldə edəcəklər.

Editor.az xəbər verir ki, bununla bağlı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına sosial təminat məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunda Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilib.

Respublikada bəzi sənaye sahələrində beş və altı günlük iş həftəsi ilə yanaşı, natamam iş həftəsi tətbiq oluna bilər. Kollektiv müqavilə çərçivəsində tərəflərin razılığı ilə qısaldılmış qrafiklə işləmək mümkün olacaq. İşçilər üçün yeganə istirahət günü bazar günüdür.

Qeyd olunur ki, işçi dörd günlük işə tam keçmək deyil, belə bir rejimi tam uzunluqlu işlərlə əvəz etmək hüququna malikdir. Bu halda iş həftəsinin yeni formatı iş stajına və illik ödənişli məzuniyyətin müddətinə təsir göstərməyəcək. “İş vaxtının ümumi uçotu qurularkən iş vaxtından artıq işin ümumi müddəti ayda on iki saatdan – dördgünlük, beşgünlük və altıgünlük iş həftəsi ilə və ildə yüz iyirmi saatdan çox olmamalıdır”, – qanuna edilən dəyişikliklərdən çıxarışda bildirilir.

  //Samir Qurbanov,Editor.az