Qazaxstanda baş verən yanğın Rusiya ərazisinə keçdibackend

Qazaxstanda baş verən yanğın Rusiya ərazisinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir gün əvvəl Qazaxıstanın Pavlodar vilayətinin ərazisində başlanan yanğın dövlət sərhədini keçərək artıq Rusiya ərazisindəki meşələri bürüyüb. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Editor.az-ın əldə etdiyi məlumata görə, yanğın barədə siqnal bir gün əvvəl yerli vaxtla saat 12.50-də daxil olub. Məlum olub ki, “Ertis ormanı” təbiət qoruğunda meşə yanır. Yanğının əhatə etdiyi ümumi ərazi 200 hektara çatıb. Alov Rusiyada yerləşən əraziyə də keçib.

Xilasedicilər müvafiq texnika, o cümlədən dörd tankla hadisə yerində işləyirlər. Vəziyyətin ciddiliyini müəyyən etmək üçün idarə rəhbərliyinin nümayəndələri və digər rəsmi şəxslər helikopterlər vasitəsi ilə vəziyyəti öyrənirlər. Alova qarşı mübarizə bir gündən artıqdır ki, davam edib. Nəhayət bu gün saat 16.15-də qoruqdakı yanğın söndürülüb. 92 meşə işçisi, 25 xilasedici və 30 texnikadan istifadə olunmaqla ləğv edilib.

  //Samir Qurbanov,Editor.az