Qorlovkada kişi qalmayıbbackend

Qorlovkada kişi qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin Qorlovka şəhərində kişilərin hamısı cəbhəyə göndərilib, şəhərdə yalnız qadınlar qalıblar.
Editor.az-ın məlumatına görə bu barədə Ukrayna mətbuatı yazıb.

Həmin məlumata görə, müvəqqəti işğal olunmuş Qorlovka rayon hərbi komissarlıqlarına işğalçıların hüquq-mühafizə orqanları ilə birgə 6000 yerli sakini səfərbər etmək tapşırılıb. Şəhərdə çağırış yaşlı kişilərin axtarışı aparılır. Mərkəzi bazar, ictimai yerlər, mağazalar, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqələri və s. yerlərdə reydlər aparılır. Kəşfiyyat məlumatlarına görə, şəhərdə yalnız qadınlar, uşaqlar və qocalar qalıb.
Daha əvvəl işğalçı Qüvvələrinin 1-ci Ordu Korpusunun 9-cu Əlahiddə Dəniz Piyada alayına səfərbər edilən şəxslərdən sentyabrın 11-dən xəbər yoxdur.

Onları Xerson vilayətinin işğal olunmuş rayonlarına aparsalar da, döyüş əməliyyatlarında iştirakdan imtina ediblər. Sonuncu dəfə xəbər veriblər ki, rus komandirləri döyüşməkdən imtina edən əsgərlərin hamısını silahsız cəbhə xəttinə göndərməklə hədələyirlər.

//Samir,Editor.az