Qubada 66 yaşlı kişi özünü asaraq öldürübbackend

Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada 66 yaşlı kişi intihar edib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.

Qeyd edək ki, Q.Abasovun evdə tək yaşadığı bildirilir.