Ramzan Kadırov oğurlanmış atına qovuşur: Çeçenistan lideri Ukrayna Xüsusi Xidmət Orqanlarına təşəkkür etdibackend

Ramzan Kadırov oğurlanmış atına qovuşur: Çeçenistan lideri Ukrayna Xüsusi Xidmət Orqanlarına təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, bu ilin martında oğurlanan atı – Zaza tezliklə ona qayıdacaq.

Editor.az bildirir ki, bu xəbəri siyasətçi Telegram səhifəsində paylaşıb. Kadırov Zazanın Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Avropa sanksiyalarının gücünü ilk hiss edən qəhrəman at olduğunu qeyd etməyi unutmayıb. “Dostlar, şad xəbərim var! 2014-cü ildə Avropa sanksiyalarının ağır yükünü ilk çəkmiş atım, Qərb özbaşınalığının qurbanı olub…Amma narahat olmayın, Zaza ilə hər şey yaxşıdır”, – Çeçenistan rəhbəri yazıb.

Kadırov bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının özləri ona atı almaq təklifi ilə müraciət ediblər. Bununla belə, Kadırovun versiyasının özünəməxsus, qeyri-müəyyən, inkişaf vektoru var. “İlin əvvəlində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri vasitəçilər vasitəsilə mənə müraciət etdilər və Zazanı almağı təklif etdilər. Onlar mənim ata bağlılığımı bilirdilər və yanılmadılar – təbii ki, razılaşdım.

Düzünü desəm, mən Zazanun hansısa yolla rəsmi şəkildə, ondan sanksiyaları götürməklə və s. transfer edicəyimi düşünürdüm. Ancaq məlum oldu ki, xüsusi xidmət orqanlarının cəsarətli planı var – onlar Çexiya polisi ilə əlbir olaraq Çexiyadakı tövlədən oğurluq etməyi təşkil etdilər.

Xatırladıram ki, o zaman bahalı atın yoxa çıxması hamıya qəribə görünürdü. Çeçenistan Respublikasının başçısı atın qaytarılmasına görə ödədiyi qiyməti də açıqlayıb. “İndi Zaza evə gedir. Onun qayıdışı mənə… 18 min dollara başa gəlib! Bəli, bəli! Çexiyanın hüquq-mühafizə orqanları o zaman onu bu məbləğə qiymətləndiriblər. Onun real dəyərini və əla cinsini nəzərə alsaq, bunlar qəpik-quruçdur! Ona görə də dostlar “Avropadan nəsə gətirmək lazımdırsa, Ukrayna xüsusi xidmət orqanlarına müraciət edin. Tez, peşəkarcasına, ucuz, sanksiyalardan yan keçməklə!”, – Kadırov bildirib.

 //Samir Qurbanov,Editor.az