Regiondakı yeni reallıq Azərbaycan və Türkiyə sahibkarları üçün böyük imkanlar yaradır – Nazirbackend

Regiondakı yeni reallıq Azərbaycan və Türkiyə sahibkarları üçün böyük imkanlar yaradır – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq möhkəm əsaslara malikdir və yeni imzalanmıç sazişlər iki qardaş ölkənin iqtisadi münasibətlərinin inkişafına müsbət təsir göstərəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Türkiyə ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən sazişlər imzalanıb:

“Əsasən, nəqliyyat-logistika, dağ-mədən və tekstil sənayesi sahələrini əhatə edən məsələlər diqqətə alınıb”.

Nazir əlavə edib ki, regiondakı yeni reallıq hər iki ölkənin sahibkarları üçün böyük imkanlar yaradır və bu istiqamətdə işlər artıq başlayıb.

M.Cabbarovun sözlərinə görə, Türkiyə ilə həm də iki ölkənin məhsullarının birgə bazarlara çıxarılması müzakirə olunub və martın 1-dən Azərbaycan Türkiyə ilə preferensial ticarətə başlayır:

“Ölkələrimiz arasında iri layihəhələrin reallaşdırılması və iri müəssisələrin yaradılması kimi təşəbbüslər, xüsusilə birgə texnologiyaların mübadiləsinə yönəlmiş layihələr qarşıya qoyulan tapşırıqların daha tez yerinə yetirilməsinə xidmət edəcək”.

Loading...