Rus polkovniki restoranda prokuror qadına hücum etdi: biz sizin…backend

Rus polkovniki restoranda prokuror qadına hücum etdi: biz sizin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvada “La Provincia” restoranında rus polkovnik Roman Romaşin dava salıb.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Romaşin o qədər qəzəbli olub ki, mühafizəçilər və polis aranı sakitləşdirməli olublar. Məlumata görə, Romaşin restoranda qonşu masada yemək yeyən ər-arvada ilişib. Yemək yeyən cütlük isə prokuror Semyenenko və onun hakim əri olub.
Əvvəlcə şifahi təhqirlər və hədələr yağdıran hərbçi, sonra Semyenenkoya hücum edib və əlbəyaxa dava başlayıb.
“Sən “xoxol”san”, biz sizin bütün uşaqlarınızı öldürərik” – deyə bağıran polkovniki çətinliklə sakitləşdiriblər.
Polkovnik hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
 //Editor.az