“Rusiya Baxmutda tələyə düşür”-AÇIQLAMAbackend

“Rusiya Baxmutda tələyə düşür”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri uzun müddətdir ki, Baxmutda münaqişəni davam etdirir. Xarici mediada yer alan xəbərlərə görə, Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində Baxmutda ən çox təlim keçmiş qoşunlarını itirib. Bu bölgə uğrunda hər iki tərəf böyük itkilər verməkdə davam edir.

Maraqlıdır ki, Baxmutun Rusiya üçün strateji əhəmiyyəti nədən ibarətdir? Bu ərazinin işğalı müharibənin taleyinə necə təsir edəcək?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baxmutda Ukrayna müəyyən uğursuzluğa düçar olsa da orada Rusiyanın elit qüvvələrinin tamamilə məhv edildiyini demək düzgün deyil:

“Baxmut uğrunda Rusiya 6 ay ərzində 30 min döyüşçü itirib. Bütün bu prosesdə bu ərazi Rusiya üçün bir tələdir. Rəsmi Moskva sadəcə Donbasın sərhədlərinə çıxmalı və bu istiqamətdə hərbi əməliyyatlarını genişləndirməlidir. Ukraynaya verilən artilleriya sistemləri, silahlar hərbi əməliyyatların intensivliyini artıracaq və Rusiya Silahlı Qüvvələri daha çox itki verəcək. Həm Baxmut, həm də Soledar istiqamətində Vaqnerlə Rusiya silahlıları arasında ciddi fikir ayrılıqları var. Konkret olaraq tərəflər bir-birilərini ittiham edirlər”.

Politoloqun sözlərinə görə,Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin Kreml rəhbərliyini də ittiham edir:

“Çünki Vaqnerə döyüş sursatları verilmir və qrup geri çəkilsə Baxmut itiriləcək. Bu onu göstərir ki, Ukrayna sadəcə tələ axtarır. Növbəti mərhələdə hücum əməliyyatları həyata keçiriləcək. Rusiyanın indiki strategiyası göründüyü kimi Donbas sərhədlərinə çıxmaqdır. Amma bu da rəsmi Moskva üçün həm canlı itkilər, həm də texnika məhvinə səbəb olur. Bu proses Ukraynanın Baxmut və Soledarı azad etməsi ilə nəticələnəcək. Vəziyyət rəsmi Kiyevin əks-hücumu ilə müsbətə doğru dəyişəcək”.

//Safura Bənnayeva, Editor.az