Rusiya-Çin-İran “üçlüyü” ABŞ-a qarşı birləşirbackend

Rusiya-Çin-İran “üçlüyü” ABŞ-a qarşı birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın geosiyasi rəqibləri yavaş-yavaş Vaşinqtona qarşı birləşirlər.

Agentlik bildirir ki, söhbət ABŞ-ın İran, Çin və Rusiyanın qarşıdurmasından gedir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Nəşr iddia edir ki, Rusiya və Çin Ukraynaya qarşı hərbi əməliyyatın başlamasından az əvvəl öz aralarında məhdudiyyətsiz strateji tərəfdaşlıq elan ediblər. İran da Rusiyaya hərbi yardım edir. Bundan əlavə, Pekin və Tehranın bir neçə onilliklər ərzində inkişaf edən öz strateji əlaqələri var, – qəzet qeyd edir. Lakin bu ölkələr bir-birini qorumaq üçün heç bir rəsmi ictimai öhdəlik götürməyiblər. Agentlik qeyd edir ki, Vaşinqton hələ ki, düşmən güclərin tam hüquqlu ittifaqı ilə üzləşməyib. Bununla belə, İran, Çin və Rusiya Federasiyası Birləşmiş Ştatlara qarşı getdikcə daha çox birləşirlər, – Bloomberg yazıb.

  //Samir,Editor.az